Türkiyə ordusunda növbəti itki: 2 şəhid, 3 yaralı
Bizi izləyin

Dünya

Türkiyə ordusunda növbəti itki: 2 şəhid, 3 yaralı

PKK terror təşkilatının hücumlarına məruz qalan Türkiyə ordusu növbəti itkisini verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK yola yerləşdirdiyi partlayıcını əsgərlərin keçdiyi vaxt partladıb.

Hadisə Şəmdinli mahalının Təkəli kəndi yaxınlığında baş verib. Partlayış nəticəsində 2 əsgər şəhid olub, 3-ü yaralanıb. Yaralılar Şəmdinli Dövlət Xəstəxanasına çatdırılıb.

Terrorçuların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm