PKK təslim olur: Qəndildən Ankaraya mesaj gəldi
Bizi izləyin

Dünya

PKK təslim olur: Qəndildən Ankaraya mesaj gəldi

Türkiyə ordusunun iyulun 23-dən həyata keçirdiyi əməliyyatlarda ağır itkilər verən PKK terror təşkilatı küncə sıxışdırılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş Qəndildəki terrorçuların danışıqlara hazır olduğunu söyləyib.

Qeyd edək ki, HDP həmsədri avqustun 23-də PKK-nın Şimali İraqdakı qərargahı sayılan Qəndilə çağırış edərək terror aktlarının dayandırılması və əllərin tətikdən çəkilməsini istəmişdi. PKK-nın Qəndildəki liderlərindən olan Cəmil Bayık Almaniyanın “Welt am Sonntag” qəzetinə açıqlamasında çağırışa müsbət yanaşdıqlarını deyib. Lakin o, atəşkəsin birtərəfli olmayacağını bildirib.

“Qəndildən edilən bu şərhləri Türkiyə eşitməlidir. Ankara çağırışı “müzakirələrə qayıtmağa və qarşılıqlı atəşkəs elan etməyə hazırıq” şəklində oxumalıdır. Bu çağırışları eşitmək istəməyən isə hökumət və prezident Ərdoğandır”, - Demirtaş deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm