Ərdoğanı təhqir edən şəxslər həbs olundu
Bizi izləyin

Dünya

Ərdoğanı təhqir edən şəxslər həbs olundu

Şəhid kapitan Ali Alkanın Osmaniyədə təşkil olunan cənazə mərasiminə qatılan prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən və buna görə polis tərəfindən saxlanılan 3 nəfərdən 2-si həbs olunub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Ali Alkan Şırnakın Beytüşşebap mahalındakı Ayvalık hərbi polis məntəqəsinə edilən terror hücumu zamanı şəhid olub. Türkiyə prezidenti isə şəhidin cənazə mərasiminə qatılan zaman ona qarşı 3 nəfər hücuma cəhd və Rəcəb Tayyib Ərdoğanı təhqir edib. Bundan dərhal sonra həmin şəxslər saxlanılıb və 2 nəfərə qarşı “Prezidentə qarşı təhqirə yol vermə” maddəsi ilə cinayət işi açılıb. Digər bir nəfər isə sərbəst buraxılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm