Suriyalı komandan Türkiyədə partladıldı – FOTOLAR
Bizi izləyin

Dünya

Suriyalı komandan Türkiyədə partladıldı – FOTOLAR

Suriya müxalifət qüvvələrinin tanınmış komandanı, “Azad Suriya Ordusu”nun hərbi komandiri Cemil Radon avtomobilinə qoyulan bomba nəticəsində ağır yaralanıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, 44 yaşlı Cemil Radon Türkiyənin Hatay vilayətində avtomobilini işə salarkən, maşında yerləşdirilən bomba partlayıb.

Partlayış zamanı Cemil Radon ağır yaralanıb, onun oğlu isə huşunu itirib. Hazırda Cemil Radonun vəziyyəti qənaətbəxş deyil.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm