Kabab çəkmək qadağan olunacaq
Bizi izləyin

Dünya

Kabab çəkmək qadağan olunacaq

Moskva Dövlət parkının direktoru Mariya Lyulçuk yerli sakinlərin çoxsaylı şikayətlərini nəzərə alaraq parklarda nəzarətsiz kabab çəkilişinə qadağa qoyulması imkanlarını gözdən keçirir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi parklarda kabab çəkmək insanların rahatlığını pozur. Ona görə də kabab çəkmək üçün parklarda xüsusi zonalar yaradılmalıdır.

Lyulçukun sözlərinə görə, bundan sonra piknik etmək istəyənlər kababı hazır alacaqlar. İstəmədikləri təqdirdə dincələnlər manqal icarəyə götürüb ancaq piknik üçün müəyyən olunmuş yerlərdə kabab çəkə biləcəklər.

“Bu yolla mədəni istirahət təmin olunacaq, yanğınlar azalacaq. Bu planımızı gələn ildən gerçəkləşdirəcəyik. İndi hələ ki əlverişli meydançalar araşdırılır” – deyə Lyulçuk vurğulayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm