Azərbaycanlı keçmiş millət vəkili MHP sədrini məhkəməyə verir
Bizi izləyin

Dünya

Azərbaycanlı keçmiş millət vəkili MHP sədrini məhkəməyə verir

Türkiyənin Milliyətçi Hərəkat Partiyasından (MHP) çıxarılan Azərbaycan əsilli keçmiş millət vəkili Sinan Oğan MHP sədri Dövlət Bağçalını məhkəməyə verəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sinan Oğan məhkəmədə haqqını sonuna qədər müdafiə edəcəyini bildirib.

Keçmiş millət vəkili onun partiya üzvlüyündən çıxarılması ilə bağlı qərarın heç bir hüquqi əsasının olmadığını söyləyib. O, qərarın partiyadaxili demokratiyaya da zidd olduğunu ifadə edib.

“Siyasətə MHP-də davam edəcəyəm. Başqa bir partiyaya keçməyi də düşünmürəm. Sonuna qədər MHP-li olaraq qalacağam. “Bəziləri istəyir” deyə partiyamı tərk edəcək, idealımı itirəcək şəxs deyiləm”, - Sinan Oğan bildirib.

Qeyd edək ki, Sinan Oğan dünən MHP İdarə Heyətinin onunla bağlı keçirilən toplantısında səsvermə nəticəsində partiyadan uzaqlaşdırılıb. Ehtimal edilir ki, Sinan Oğan “Türkiyədə noyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə MHP seçki baryerini keçməyə bilər” açıqlamasına görə partiyadan kənarlaşdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm