Davudoğlunun təklifinə yalnız 3 nəfər “hə” dedi – SİYAHI
Bizi izləyin

Dünya

Davudoğlunun təklifinə yalnız 3 nəfər “hə” dedi – SİYAHI

Türkiyənin baş naziri Əhməd Davudoğlunun müvəqqəti hökumətdə yer alması üçün təklif göndərdiyi şəxslərdən yalnız üç nəfər müsbət cavab verib.

Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Xalqların Demokratik Partiyasından (HDP) 2, Milliyyətçi Hərəkat Partiyasından (MHP) isə 1 nəfər müvəqqəti hökumətdə təmsil olunacaq.

Davudoğlunun təklifinə müsbət cavab verən şəxslər Müslüm Doğan, Əli Haydar Konca (hər ikisi HDP-ni təmsil edir) və Tuğrul Türkeşdir (MHP).

Qeyd edək ki. Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) 5, MHP və HDP-nin isə hər birinin 3 üzvünə iki gün əvvəl təklif göndərmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm