Dünya
Ukrayna parlamenti BMT-yə müraciət edib
Ukrayna Ali Radası (parlament) Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciəti və “Avropa İttifaqına inteqrasiya kursunun təsdiq edilməsi haqqında” qətnaməni təsdiqləyib.
Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi xəbərə görə, hər iki sənədə iclasda iştirak edən 334 deputatdan 250-si səs verib.
BMT-yə müraciətdə qeyd edilir ki, Ukrayna hakimiyyət orqanları və Silahlı Qüvvələrinin təmkinli davranmasına baxmayaraq, Krım Muxtar Respublikası ərazisindəki vəziyyət Rusiya Silahlı Qüvvələr və Rusiyanın Qara dəniz donanmasının aktivləşməsi nəticəsində kəskin pisləşib. “Faktiki olaraq Rusiya Federasiyası tərəfindən Ukraynanın bir hissəsinin zəbt edilməsindən söhbət gedir”, - müraciətdə deyilir.
Müraciətdə bildirilir ki, Ukrayna BMT nizamnaməsinə uyğun olaraq ehtiyac olduğu halda ərazi bütövlüyü və müstəqilliyinin müdafiəsi üçün istənilən dövlətə və ya regional kollektiv təhlükəsizlik sisteminə müraciət etmək hüququnu özündə saxlayır. Müraciətdə həmçinin, Krımdakı vəziyyətə təcili şəkildə baxılması barədə çağırış yer alıb.
“Avropa İttifaqına inteqrasiya kursunun təsdiq edilməsi haqqında” qətnaməsində isə baş nazir Arseniy Yasenyuka Ukrayna adından Avropa İttifaqı ilə mümkün qədər tez assosiasiya haqqında razılaşmanı bağlamaq üçün səlahiyyət verilməsi tövsiyə edilir.
Ömər Dağlı
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi