ABŞ və Böyük Britaniya Rusiyaya vaxt qoydu
Bizi izləyin

Dünya

ABŞ və Böyük Britaniya Rusiyaya vaxt qoydu

Krımda keçiriləcək referendumdan sonra Rusiyaya qarşı gözlənilməz və çox ciddi addımlar atılacaq.

Krımda keçiriləcək referendumdan sonra Rusiyaya qarşı gözlənilməz və çox ciddi addımlar atılacaq.

Belə bəyanatla ABŞ dövlət katibi Con Kerri çıxış edib. Con Kerri bildirib ki, Krımda referendumun keçirilməsi beynəlxalq qaydaların kobud şəkildə pozulması deməkdir. O, həmçinin Krımdakı referendum BMT xartiyası və Ukrayna konstitusiyasına tamamilə zidd olduğunu deyib.

Qeyd edək ki, Con Kerri sabah Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün Londona gedir.
“Rusiya Ukrayna ilə bağlı mövcud siyasətini dəyişməzsə, bu, sadəcə Ukrayna üçün fəlakət olmayacaq”, deyə Con Kerri bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq də Krımda referendumun keçirilməsinin təxirə salınmasını tələb edib. O, bildirib ki, Rusiya yaxın günlərdə Ukrayna ilə bağlı addımlarını dəyişməzsə, bu ölkənin bank hesablarındakı aktivləri dondurulacaq./anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm