Türkiyə üçün qorxulu hesabat: günahlarını yumaq istəyən terrorçular, “bomba tələlər”...
Bizi izləyin

Dünya

Türkiyə üçün qorxulu hesabat: günahlarını yumaq istəyən terrorçular, “bomba tələlər”...

PKK terror təşkilatı Şırnak vilayətinin Cizrə mahalında baş tutmayan “azad edilmiş bölgə” planını bu dəfə Hakkari vilayətinin Yüksəkova mahalında həyata keçirmək istəyir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu məqsədlə PKK-nın dağ heyətindəki bəzi terrorçular mahala göndərilib.

Mahalda fəaliyyət göstərən YDG-H (PKK-nın gənclik qanadı) qruplaşmasının üzvləri dağdan enən terrorçuların nəzarətində xəndəklər qazıb barrikadalar qurublar. Kəşfiyyat hesabatlarına görə, terrorçular mahalın müxtəlif nöqtələrində 40-a yaxın “tələ bomba” yerləşdirib. Bu vəziyyət mahalın təxminən 10 məhəlləsində hökm sürür.

Məlumata görə, PKK-nın lider heyətinin qarşısında günahkar hesab olunan terrorçular özlərini sübut etmək üçün terror aktları təşkil etməyə hazırlaşırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm