Vanın suyu Urmiyaya axıdılacaq
Bizi izləyin

Dünya

Vanın suyu Urmiyaya axıdılacaq

“90 faizdən çox hissəsi quruyan Urmiya gölünə Van gölünün suyu axıdılacaq”

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Urmiya gölünün xilası üçün yaradılan komissiyanın katibi İsa Kəlantəri bildirib. Onun sözlərinə görə, İran gölü qurtarmaq üçün 6 milyard dollar ayırıb.

Qeyd edək ki, Urmiya gölü, İranın şimal qərbində Qərbi Azərbaycan əyaləti ilə Şərqi Azərbaycan əyaləti arasında yerləşir. Dünyanın ən böyük ikinci duz gölü sayılan Urmiya gölünün yerləşdiyi eyniadlı şəhərin əhalisini Azərbaycan türkləri təşkil edir.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm