Üçüncü çeçen müharibəsi başladı - bu dəfə Suriyada
Bizi izləyin

Dünya

Üçüncü çeçen müharibəsi başladı - bu dəfə Suriyada

Rusiya üçüncü çeçen müharibəsini bu dəfə Suriyada başlayır.

Publika.az Qafqaz mücahidlərinə yaxın saytallara istinadən xəbər verir ki, Əsəd ordusuna dəstək üçün Suriyaya girən rus əsgərləri İŞİD və Ən Nusra ilə döyüşdə ilk növbədə çeçen döyüşçüləri hədəfə alır. Çeçenlərə qarşı əməliyyat xüsusilə snayperlər vasitəsilə həyata keçirilir.

Ən-Nusra üzvü olan cücün əsilli Ajnad əl-Qafqaz rus əsgərlərinin Suriyada onlara qarşı əməliyyatlar keçirdiyini təsdiqləyib.

Ekspertlərin fikrincə, Rusiya Suriyada Əsədi qorumaq, öz mövqeyini saxlamaqla yanaşı çeçenlərlə mübarizə də apara bilər. Çünki Şimali Qafqazda çeçen mücahidlərinin çoxu hazırda Suriyadadır və onlar Rusiya üçün potensial terrorçu hesab olunur. Rus əsgərlərinin Suriyada keçirdiyi əməliyyatlarla bu təhlükə yerindəcə məhv edilə bilər.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm