PKK Konqres keçirir, Öcalan da orada - FOTO
Bizi izləyin

Dünya

PKK Konqres keçirir, Öcalan da orada - FOTO

PKK separatçı terror təşkilatının Suriyadakı qolu olan PYD Suriyanın neft şəhəri kimi tanınan Rimelanda VI Konqresini keçirir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Konqresdə Abdullah Öcalanın qardaşı qızı Dilek Öcalan və Xalqların Demokratik Partiyasından (HDP) olan bəzi millət vəkilləri iştirak edir.

Konqresə həmçinin Suriya müxalifəti və bütün kürd müxalifət partiyalarının nümayəndələri qatılıb.

Qeyd edək ki. Türkiyə PKK kimi PYD-ni terror təşkilatı hesab edir. Lakin Qərb ölkələri İŞİD-lə mübarizədə PYD-ni tərəfdaş hesab edir və təşkilatı davamlı şəkildə silahlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm