Türkiyədə hərbçiləri daşıyan avtomobil partladıldı, 13 nəfər yaralandı
Bizi izləyin

Dünya

Türkiyədə hərbçiləri daşıyan avtomobil partladıldı, 13 nəfər yaralandı

Türkiyənin Van vilayətinin Başkale bölgəsində PKK terror təşkilatı tərəfindən yola düzülən əldə hazırlanmış bomba ilə hərbçiləri daşıyan avtomobil partladılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bomba partlaması nəticəsində Türkiyə silahlı qüvvələrinin 13 hərbçisi yaralanıb.

Hadisə ötən gecə Başkale-Hakkari avtomobil yolunun 10-cu kilometrliyində baş verib.

Partlayış zamanı yaralanan hərbçilər dövlət xəstəxanasına yerləşdirilib. Hazırda partlayış törədilən ərazidə axtarış əməliyyatları keçirilir. Əməliyyata havadan da helikopterlər dəstək verir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm