PKK-nın Qara dəniz planı ortaya çıxdı: “Zinar” və “Mavzer” bölgəni qana boyamaq istəyir
Bizi izləyin

Dünya

PKK-nın Qara dəniz planı ortaya çıxdı: “Zinar” və “Mavzer” bölgəni qana boyamaq istəyir

Türkiyənin Tunceli vilayətində öldürülən PKK terror təşkilatının “Baran Dersim” kod adlı bölgə lideri İsmayıl Aydemir ilə təşkilatın Türkiyə üzrə lideri Fethi Şarlatanın telsiz danışıqları ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusi xidmət orqanları Aydemirin Qara dəniz bölgəsinə göndərilən terrorçulara terror aktlarının törədilməsi üçün təlimat verdiyini müəyyənləşdirib.

Məlumata görə, təhlükəsizlik orqanları Tunceli üzərindən Qara dənizə sızan terror təşkilatının üzvlərini axtarır. Axtarışların gedişatında bölgədə terror aktları planlaşdıran 2 qrupun liderlərinin adları da ortaya çıxdı. Təhlükəsizlik gücləri “Zinar” və “Mavzer” adlı iki ayrı qrupun telsiz danışıqlarını müəyyənləşdirib. “Zinar” adlı qrupun liderinin “Doğan” kod adlı Cəlal. K, “Mavzer” adlı qrupun liderinin isə “Çektar” kod adlı Əli Firat. Y olduğu müəyyənləşdirilib.

İkinci qrupda “Roni” kod adlı bir suriyalının olduğu da ortaya çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm