Sarkisyan narahat olub
Bizi izləyin

Dünya

Sarkisyan narahat olub

Ermənistan Prezidenti Serj Sərkisyan İrəvanın Suriyadakı vəziyyətdən narahat olduğunu bildirib.

APA-nın verdiyi xəbərə görə, bu barədə o qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı tədbirlərin əlaqələndirilməsi üzrə dövlət komitəsinin iclasında bildirib.

“Biz Suriyada davam edən toqquşmalardan və günbəgün daha da pisləşən humanitar vəziyyətdən narahatıq”, deyə Sarkisyan bildirib.

Sarkisyanın sözlərində görə, Ermənistan hakimiyyəti Suriya ermənilərinin problemlərini daim diqqət mərkəzində saxlayır:“Hələb şəhərində xarici ölkələrinin diplomatik nümayəndələrindən yalnız Ermənistanın baş konsulluğunun və paytaxt Dəməşqdə Ermənistan səfirliyinin indiyədək fəaliyyət göstərməsi buna

sübutdur”.

Ermənistan prezidenti çıxışında böhran başlayandan Suriyadan ölkəyə 16 min erməninin gəldiyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm