“Rusiya işğalına qarşı azadlıq mübarizəsi ilə cavab veriləcək” – TƏHDİD
Bizi izləyin

Dünya

“Rusiya işğalına qarşı azadlıq mübarizəsi ilə cavab veriləcək” – TƏHDİD

Rusiyanın Suriyada Azad Suriya Ordusu hədəflərini vurduğu əməliyyatın detalları dəqiqləşir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Bəşər Əsəd rejiminə qarşı vuruşan “Şam Cəbhəsi”nin səhra komandirlərindən olan Məhəmməd əl-Gabi Rusiyanın ilk olaraq Xama çölünün şimalında Azad Suriya Ordusuna bağlı “İz” adlı qrupun qərargahının vurulduğunu deyib.

“Həmin qərargahın üzərində Azad Suriya Ordusunun bayrağı var idi, amma buna baxmayaraq, qərargah vurulub. Rusiyaya görə Əsədə qarşı silah çəkən hər kəs terrorçudur. Biz Azad Suriya Ordusu olaraq bizimlə döyüşməyə gələn hər kəslə döyüşəcəyik. Rusiyanı bu andan etibarən işğalçı güc olaraq görürük”, - səhra komandiri söyləyib.

Türkman komandir Əhməd Alban Rusiyanın Lazikiyə şəhərində çox sayda hərbçi gətirdiyini bildirib. Onun sözlərinə görə, hər gün 5 yük təyyarəsi hərbçi, silah və sursat gətirir: “Çox güclü toplar gətirilib. Rusiyanın silah daşımasından sonra topun səsi də dəyişib. Əsəddən müdafiə etdiyimiz torpaqları Rusiyadan da müdafiə edəcəyik”.

Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Xalid Xoca Rusiyanın Suriyadakı hücumlarını pisləyərək xalqın Rusiya işğalına qarşı azadlıq mübarizəsinə qalxacağını söyləyib. Rusiyanın İŞİD-lə döyüşmədiyini deyən Xoca bildirib ki, Rusiya Suriyanın yalnız 14 faizinə nəzarət edən və legitimliyini itirən rejimə dəstək vermək üçün Suriyada olduğunu deyib.

“Rusiya işğalına Suriya xalqının azadlıq mübarizəsi ilə cavab veriləcək. Bunu etməyə haqqımız var”, - Xalid Xoca söyləyib.

O, Rusiyanın aviazərbələr endirdiyi bölgənin bir il əvvəl İŞİD və “Əl-Nüsra” Cəbhəsindən təmizləndiyini, Rusiyanın məqsədinin Əsədə dəstək vermək olduğunu qeyd edib. Azad Suriya Ordusunun 70 min döyüşçüsünün olduğunu dilə gətirən SMDK-nin sədri aviasiya zərbələrinə məruz qalmasa, rejimi məğlub edə biləcəklərini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm