Dünya
Putinin mətbuat katibinin toyu saxta imiş – Peskovadan açıqlama
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun toyu saxta imiş. Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Peskovun Fransada yaşayan qızı Yelizavetta Peskovaya istinadən məlumat yayıb. Tanınmış aparıcı Kseniya Sobçaka müsahibə verən Y.Peskova atası ilə idmançı Tatyana Navkanın əslində nikaha girmədiklərini, evliyin qondarma olduğunu bildirib.
“Heç bir toy olmayıb. Mən də orada iştirak etməmişəm. Hər kəs bilir ki, burada rəsmi olaraq heç bir toydan söhbət gedə bilməz. Mən ancaq onu bilirəm ki, insanların gördükləri hər şey adi tamaşa idi. İstənilən fotonu düzəltmək olar, dekorasiyanı hazırlamaq olar, insanları bəzəmək olar. Şəkillər heç də hər şeyi demir”.
Aparıcının “Atanızın pasportunu görmüsünüzmü?” sualına gəlincə, Y.Peskova bildirib ki, onu, ümumiyyətlə, heç vaxt görməyib.
Y.Peskova həmçinin bildirib ki, atasının bildirdiyinə görə, onlar heç vaxt rəsmi nikaha girməyiblər.
Gülnar Əliyeva
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO