II Elizabet ABŞ-ı yenidən koloniyaya çevirmək istəmədi
Bizi izləyin

Dünya

II Elizabet ABŞ-ı yenidən koloniyaya çevirmək istəmədi

Böyük Britaniya kraliçası II Elizabet ondan Birləşmiş Ştatları yenidən Britaniyanın koloniyası etməyi xahiş edən ABŞ vətəndaşına cavab verib.

Publika.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, II Elizabet ABŞ vətəndaşına nəzakətlə “yox” deyib.

“Kraliçanın başqa suveren dövlətin işlərinə müdaxiləsindən söhbət gedə bilməz”, - kraliçanın yazışmalarını əlaqələndirən nümayəndəsi tərəfindən yazılmış rəsmi cavabda deyilir.

Qeyd edək ki, II Elizabet və Böyük Britaniyanın baş naziri Devid Kameron adına məktubu ABŞ-ın məşhur Reddit bloqunun istifadəçiləri yazıb. Məktubda “bütün Amerika xalqı adından” kraliçaya "bizi geri götür” xahişi edilir.

“Sizdən xahiş edirik, Birləşmiş Ştatları Böyük Britaniyanın koloniyası edin. Sizə müraciətimizin səbəbi Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin bugünkü müzakirələridir. Bizi respublikaçıların namizədləri məyus etdi”, - məktubun müəllifləri bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm