Hələbin yaşayış məhəllələrini atəşə tutulub, səkkiz nəfər ölüb
Bizi izləyin

Dünya

Hələbin yaşayış məhəllələrini atəşə tutulub, səkkiz nəfər ölüb

Suriyada silahlı müxalifətin yaraqlıları minaatanlardan Hələbin qərbindəki yaşayış məhəllələri atəşə tutublar. Mərmilər El-Əziziya, Teləl və Nil küçələrində partlayıblar, nəticədə səkkiz nəfər həlak olub, 30-dan çox yaralanıb. Bu barədə Trend İTAR-TASS ag

Suriyada silahlı müxalifətin yaraqlıları minaatanlardan Hələbin qərbindəki yaşayış məhəllələri atəşə tutublar. Mərmilər El-Əziziya, Teləl və Nil küçələrində partlayıblar, nəticədə səkkiz nəfər həlak olub, 30-dan çox yaralanıb. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Şəhərin qərb rayonları 20-dən artıq quldur birləşmələrinə qarşı duran Suriya ordusunun himayəsi altındadır. Hökumət qoşunları, yaraqlıları təslim olmağa məcbur etməyə çalışaraq, şimal və cənub-şərq istiqamətlərində hücum edirlər.

Küçə döyüşləri köhnə şəhərdə və 16 digər məhəllələrdə gedir. Mərkəzi həbsxana rayonu, sənaye zonası, Candül, El-Mənsur və Çaidin meydanları ən təhlükəli yerlərə çevriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm