ABŞ-dan mesaj: “Pensilvaniyadakı bəy əfəndini unudun”
Bizi izləyin

Dünya

ABŞ-dan mesaj: “Pensilvaniyadakı bəy əfəndini unudun”

Vaşinqtondan mesaj: “Pensilvaniyadakı bəy əfəndini unudun”

ABŞ Dövlət Departamenti Türkiyədə keçirilən bələdiyyə seçkiləri, “Tvitter” sosial şəbəkəsinə qoyulan qadağa və baş nazir Rəcəb Təyyib Ərdoğanın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülənlə bağlı bəyanatlarını qiymətləndirib.

Publika.Az – ın ABŞ Dövlət Departamentinin sözçüsü Maria Harf Fəthullah Gülən və “Tvitter” mövzusunda verilən suala cavab olaraq “Bu bəy əfəndi Pensilvaniyada yaşayır, ya yaşamasın, Türkiyə hökumətinin “Tvitter”i qadağan etməsi doğru deyil” söyləyib.

Gündəlik mətbuat konfransı keçirən Dövlət Departamentinin sözçüsü ABŞ başda olmaqla Qərbin Türkiyə mövzusunda Ərdoğandan daha çox Fəthullah Gülən xəttində yer aldığı barədə iddiaları şərh edib. İddialara görə, ABŞ-ın “Tvitter”, sui-istifadə və Ərdoğanın idarəçiliyi ilə bağlı tənqidlərini artırması da bununla izah edilir. M.Harf bunun axmaq iddia olduğunu dilə gətirib:

“Bu bəy əfəndi Pensilvaniyada yaşayır, ya da yaşamasın. Türkiyə hökumətinin “Tvitter”i qadağan etməsi doğru deyil. Türkiyə hökumətinin özləri ilə eyni şəkildə düşünməyənlərə təzyiq etməsi də doğru deyil. Bunların bir Türkiyə vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur”.

Dövlət Departamentinin sözçüsü “Türkiyə-İsrail əlaqələrinin tərəfdarı olduğu ifadə edilən Fəthullah Gülənlə daha çox eyni mövqedə deyilsinizmi” sualına bu şəkildə cavab verib:

“Xeyr. Türkiyə NATO-dakı bir müttəfiqimizdir. Amma biz hər kəslə hər mövzuda razılaşmırıq. Buna görə də Pensilvaniyada yaşayan bəy əfəndini unudun. Türkiyə hökuməti ilə ikitərəfli bir ittifaqa sahibik. Anlaşa bilmədiyimiz, eyni fikirdə olduğumuz zaman da bunu ifadə edirik. Hökuməti ilə əlaqədar qərarlar vermək qəti şəkildə Türkiyə xalqının məsələsidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm