Dünya
Ermənistanın Azərbaycana qarşı nüvə silahı ilə təhdidi İtaliya məbuatında
Ermənistanın keçmiş baş naziri və hazırda parlament üzvü
Qrant Baqratiyanın Ermənistanın nüvə silahına sahib olması və ondan
təhlükəsizliyinin təmini məqsədilə istifadə edə biləcəyi ilə bağlı
açıqlamalarından irəli gələrək İtaliyanın "Notiziegeopolitiche"
analitik-informasiya portalında tədqiqatçı-jurnalist Culiano
Bifolkinin məsələyə dair apardığı araşdırmalarına dair məqaləsi
dərc olunub.
(http://www.notiziegeopolitiche.net/?p=62864).
Trend-in "Notiziegeopolitiche" portalına istinadən verdiyi məlumata
əsasən, məsələnin araşıdırılması üçün müəllifin Ermənistanın
İtaliyadakı Səfirliyinə ünvanldadığı suala cavab olaraq səfirlik
Baqratiyanın fikirlərinə şərh vermək istəməyib, lakin istənilən
Ermənistan vətəndaşının ölkənin milli təhlükəsizliyi ilə bağlı
fikirlərini söyləməkdə azad olduğunu deyib. Azərbaycanın
İtaliyadakı Səfirliyi isə mövzuya münasibətdə Azərbaycanın
beynəlxalq ictimaiyyəti dəfələrlə Ermənistandan irəli gələn nüvə
təhlükəsi və nüvə terroru barədə məlumatlandırdığını və xəbərdar
etdiyini bildirib. Əsas narahatlıq Ermənistanda fəaliyyət göstərən
Metsamor atom elektrik stansiyasının qurğularının köhnəlməsi və
baxımsız halda olmasından irəli gəlir və buna görə Azərbaycan
tərəfi bu nüvə obyektinin region üçün yaratdığı risklər və
təhdidlər kontekstində bağlanmasına ehtiyac olduğunu deyir.
Müəllif məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin
Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində səsləndirdiyi
fikirlərə də yer verərərək Azərbaycan Prezidentinin öz nitqində
Ermənistan ərazisindəki Metsamor stansiyasının 1976-cı ildə
Çernobılda istifadə edilmiş texnologiya əsasında və seysmik ərazidə
tikildiyi, hazırda bu stansiyanın təhlükəli vəziyyətdə olduğuna
toxunduğunu qeyd edib.
Müəllif son dövrlərdə dünya mətbuatında Ermənistan vətəndaşlarının adının nüvə materiallarının qaçaqmalıçılığında tez-tez hallanmasından da danışıb. Bununla bağlı, müəllif Ermənistanın hüquq müdafiəçisi Armine Sahakyanın fikirlərinə istinad edərək bildirib ki, erməni nüvə qaçaqmalçıları bu məqsədlə Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışı olan Gürcüstandan istifadə edirlər. Məsələnin yalnız regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid olmasını nəzərə alaraq, ABŞ Gürcüstan hökumətinə nüvə və radioaktiv materialların qaçaqmalçılığının qarşısının alınması məqsədilə 50 milyon dollar yardım edib. Məhz bu tədbirlər nəticəsində son dövrdə Gürcüstanda bu istiqamətdə fəaliyyət təkmilləşmiş və erməni qaçaqmalçıların həbsi mümkün olub. Müəllif qeyd olunan bu faktların Metsamor stansiyasının fəaliyyətindən irəli gələrək Ermənistanda nüvə istehsalının olduğunu göstərdiyini, habelə bu ölkədə nüvə materiallarının qaçaqmalçılığının artmasının yalnız regional yox, habelə beynəlxalq səviyyədə təhlükəsizliyə təhdid olduğunu bildirib.
Sonda G.Bifolki bildirmişdir ki, Baqratiyanın açıqlamaları parlamentin üzvü olan bir şəxsin azad fikirləri olsa da, keçmişdə baş nazir olmuş bir şəxsin fikirlərinin çəkisinin olduğunu da nəzərə almaq lazımdır. Bu fikirlər hazırda vəziyyətin daha da gərginləşdiyi Qafqaz kimi bir bölgədəki təhlükəsizlik məsələlərinə diqqətin yönəldilməsini tələb edir. Xüsusilə də Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq hesabatlarını nəzərə alaraq, erməni siyasətçinin açıqlamaları beynəlxalq terrorizm problemi kontekstində Avropanı da maraqlandıra bilər. Sonda müəllif qeyd etmişdir ki, bu problemin nizamlanması üçün konstruktiv diplomatiya vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq lazımdır.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO