Rusiyanın növbəti hədəfi: Kremlin ilhaq planı AÇIQLANDI
Bizi izləyin

Dünya

Rusiyanın növbəti hədəfi: Kremlin ilhaq planı AÇIQLANDI

“Hersonda Krımın taleyi təkrarlanır. Rusiya vilayətə göz qoyub”.

Publika.az xəbər verir ki, bu haqda biznesmen, “Krımın Vətəndaş Blokadası” hərəkatının koordinatoru, Krım tatarlarının liderlərindən olan Lenur İslyamov öz bloqunda yazıb.

“Burada hər televizordan Rusiya xəbərləri və seriallar eşidilir. Müharibə, böyüklük və dövlətin gücü haqqında seriallar”, - İslyamov bildirib.

Onun sözlərinə görə, Ukrayna Krım kimi Herson vilayəti ilə də heç vaxt məşğul olmayıb, amma Rusiya fəal maraqlanır. Tatar lider qeyd edir ki, kənd sovetlərinin iclaslarında könülsüz şəkildə Ukraynanın himni ifa edilir, dövlət atributlarından istifadə olunur.

İslyamov vilayətdə Krım ssenarisinin təkrarlanmaması üçün görüləşək işləri göstərib: “Konkret problemləri həll etmək üçün işlərə başlamaq lazımdır. Burada hərbi-mülki idarəçilik yaradılmalıdır. Biz sərhədi möhkəmləndirməliyik”.

Qeyd edək ki, Herson vilayəti Ukraynanın Krım yarımadası ilə həmsərhəd olan yeganə vilayətidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm