Britaniyalıların 78%-i Rusiyaya köçmək arzusundadır
Bizi izləyin

Dünya

Britaniyalıların 78%-i Rusiyaya köçmək arzusundadır

Böyük Britaniyada yaşayanların 78 faizi Uzaq Şərq federal dairəsində pulsuz torpaq veriləcəyi təqdirdə Rusiyaya köçməyə hazır olduqlarını bildiriblər.

Virtualaz.org «Daily Express» nəşrinə istinadən xəbər verir ki, internetdə keçirilmiş sorğu belə nəticələnib. Sorğuda 22 mindən çox britaniyalının iştirak etdiyi bildirilir.

Sorğu iştirakçılarının fikrincə, bu işdə bir romantika var. Sivilizasiyaya uzaq belə bir yerdə təbiətə qayıdış respondentlərin diqqətini cəlb edən əsas amil olub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 2 may tarixli fərmanına əsasən, hər bir Rusiya vətəndaşı Uzaq Şərq federal dairəsində 1 hektar pulsuz torpaq sahəsi əldə etmək hüququna malikdir. Yeganə şərt torpaq sahəsinin yerləşdiyi əraziyə köçmək və onu məqsədinə uyğun şəkildə kənd təsərrüfatı təyinatlı istifadə etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm