• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Ərdoğanın kürəkəni PKK-nın qəniminə çevrilib – FOTOLAR/VİDEO

  • Dünya
  • 20 May 2016 23:01
  • 2 775 Baxış
Ərdoğanın kürəkəni PKK-nın qəniminə çevrilib – FOTOLAR/VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktarın şəxsən inkişaf etdirdiyi pilotsuz uçuş aparatları terrorla mübarizədə “mehmetcik” üçün ən böyük kömək olub.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatları terrorla mübarizədə aktiv rol oynayır.

Nəşr qeyd edir ki, artıq polis bölmələri pilotsuz uçuş aparatları ilə PKK təhdidinin qarşısını alır. Hərbi bazalarda keçirilən təlimlərdə Səlcuq Bayraktarın da şəxsən iştirak etdiyi və pilotsuz uçuş aparatları sistemlərinin quraşdırılmasına kömək göstərdiyi bildirilir. Onun 2013-cü ildən terrorla mübarizə bölgəsində şəxsən sözügedən sistemləri yerləşdirdiyi deyilir.

Bayraktar 12 ədəd TB2 taktiki pilotsuz uçuş aparatı ilə Batmandakı Pilotsuz Uçuş Aparatları Bazasında xidmət edir. Bundan başqa, o, terrorla mübarizənin aparıldığı kritik bölgələrdəki polis bölmələrində də mini pilotsuz uçuş aparatları mərkəzləri qurub.

Səlcuk Bayraktar "Baykar Makina" şirkətinin sahibi Özdemir Bayraktarın oğludur. Massaçusets Texnologiya İnstitutunda magistr təhsili alan 36 yaşlı Selçuk Bayraktar türk istehsalı olan pilotsuz hava qurğusunun hazırlayan heyətin rəhbəridir. 1984-cü ildə yaradılan şirkət ötən ilin dekabrında “Roketsan” şirkətinin istehsal etdiyi raketi sınaqdan keçirib. Qurğudan atılan raket hədəfi yüz faiz məhv edib.

Yerli sənayenin inkişafı məqsədi ilə yaradılan şirkət 2000-ci ildə pilotsuz uçuş aparatlarının istehsalına başlamaq istiqamətində addımlar atıb.

“Yeni Şafak” nəşrinin yazdığına görə, Bayraktar ailəsinin Türkiyə Silahlı Qüvvələri ilə 15 ildir davam edən iş ortaqlığı Ərdoğanın qızı Sümeyyə Ərdoğan ilə Səlcuk Bayraktarın toy mərasiminə də böyük maraq oyadıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>