Amerika generalı: “Dirilən Rusiya və təcavüzkar Çin...”
Bizi izləyin

Dünya

Amerika generalı: “Dirilən Rusiya və təcavüzkar Çin...”

“Amerika hərbçilərini dirilən Rusiya və təcavüzkar Çin narahat edir”.

Publika.az xəbər verir ki, bunu “USA Today” nəşrinə müsahibəsində ABŞ Hərbi Hava Qüvvələrinin generalı Herbert Karlayl bildirib.

Onun sözlərinə görə, hər iki ölkə öz təsir sahəsini genişləndirmək niyyətindədir: Rusiya Şərqi Avropa və Sakit okeanda, Çin isə mübahisəli Spratli arxipelaqı və Paraselsk adaları zonasında.

“Rusiya və Çinin niyyəti ondan ibarətdir ki, biz həmin ərazilərin yalnız onların nüfuz sahəsi olduğunu tanımağa məcbur olaq. Hesab edirəm ki, biz bunun baş verməsinə imkan verə bilmərik. Biz beynəlxalq hava məkanında və beynəlxalq su yollarında qanuni əsaslarla fəaliyyətin qurulmasına çalışmalıyıq”, - general vurğulayıb.

Bundan başqa, amerikalı general Rusiya təyyarələrinin NATO təyyarələrinə təhlükəli yaxınlaşmasını, həmçinin Rusiyanın strateji bombardmançılarının ABŞ-ın qərb sahilində uçuşlarını xatırladıb.

Qeyd edək ki, Cənubi Çin dənizində yerləşən mübahisəli adalara Koreya Xalq Demokratik Respublikası, Tayvan, Malayziya, Filippin, Bruney və Vyetnam iddia edir. Spratlinin cənub arxipelaqı ətrafında da vəziyyət gərgindir. Burada zəngin neft-qaz yataqlarının olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm