• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

“Üsyan strategiyası dəlilik idi” - Amerikalı müxbir xəndəklər arxasında - FOTOLAR

  • Dünya
  • 26 May 2016 14:06
  • 964 Baxış
“Üsyan strategiyası dəlilik idi”  - Amerikalı müxbir xəndəklər arxasında - FOTOLAR

ABŞ-ın “New York Times” nəşrinin müxbiri Robert Vorth Türkiyəyə gələrək PKK terrorçularının arasına qatılıb.

Publika.az xəbər verir ki, amerikalı müxbir terror təşkilatına dair təəssüratlarını yazıb.

Onun sözlərinə görə, bəzi PKK-çılar təşkilatın addımlarının səhv olduğunu etiraf ediblər. “Xəndəklərin arxasında” başlıqlı yazıda bildirilir ki, 9 aylıq qarşıdurmadan sonra, xüsusilə orta sinfə aid olan kürdlərın çoxu PKK-nın xəndəklər qazaraq dövlətə qarşı üsyan strategiyasının dəlilik olduğunu düşünürlər.

Müxbir yazır ki, Diyarbəkrin Sur mahalı şəhərin iqtisadi ürəyi və ticarət mərkəzi olub.

“İndi minlərlə adam işsiz qalıb, şəhər viranəyə dönüb. Sülh vaxtı yeni otellər tikən sərmayəçilər qaçdılar. PKK-nın qalası olduğu deyilən Cizrədə belə xalq baş verənlərə görə PKK-nı günahlandırır”, - yazıda qeyd edilib.

Amerikalı müxbirin sözlərinə görə, xəndəklərin arxasında olduğu dövrdə PKK içində səssiz olsa belə çatlaq olduğunun şahidi olub. PKK rəhbərliyindən narazı olanlardan biri 24 yaşındakı qadın snayperdir.

“Kobanidə döyüşərkən nəticə əldə edəcəyimizi bilirdik. Burada isə istədiyiniz nəticəni əldə edə bilməzsiniz. Mən nəticəsi olmayan bir şey üçün ölmək istəmirəm. İnsanlar soruşur: Bu xəndəkləri qazmaq doğru idimi?”, - snayper bildirib.

PKK-nın Ömər Aydın adlı liderlərdən biri müxbirə həyat hekayəsini danışıb.

“Onun danışıq tərzi onu deməyə əsas verirdi ki, burada sıravi insanların həyatlarını riskə atdıqlarının fərqindədir. ABŞ-a qayıtdıqdan sonra Ömər Aydının öldüyünü öyrəndim”, - Robert Vorth yekunlaşdırıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>