Rusiyaya qarşı sanksiyalar uzadılacaq
Bizi izləyin

Dünya

Rusiyaya qarşı sanksiyalar uzadılacaq

“Avropa Birliyi yaxın həftələrdə Rusiyaya qarşı sanksiyaları uzadacaq”.

Bunu Avropa Şurasının prezidenti Donald Task bəyan edib. O mayın 26-də “Böyük 7-lər” in Yaponiya sammiti ərəfəsində bildirib ki, Moskva Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasını yerinə yetirməyincə iqtisadi sanksiyalar qaldırılmayacaq.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Qərb Moskvanı separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm