Dünya
Qırğızıstanda yeni hökumət - SİYAHI
Qırğızıstan Prezidenti Almazbek Atambayev yeni hökumətin üzvlərinin təyin edilməsi ilə bağlı Fərman imzalayıb.
Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə,
dövlət başçısı Almazbek Atambayev aprelin 4-də yeni hökumətin
üzvlərinin təyin edilməsi ilə bağlı fərman imzalayıb.
Aprelin 4-də keçirilən iclasda isə yeni baş nazir, müavinlər və
Hökumətin digər üzvləri təqdim olunub.
Almazbak Atambayevin fərmanı ilə Comart Otorbayev Qırğızıstanın
yeni baş naziri olub.
Dövlət başçısının digər fərmanları ilə Tayırbek Sarpişev baş
nazirin birinci müavini, Abdıraxman Mamataliev, Valeri Dil və
Elvira Sarıeva baş nazirin müavinləri təsdiq olunublar.
Yeni hökumətdə Temir Sariev iqtisadiyyat və antiinhisar siyasəti,
Kalıkbek Sultanov nəqliyyat və kommunikasiyalar, Olqa Lavrova
maliyyə, Osmonbek Artıkbaev energetika və sənaye, Erlan Abdıldaev
xarici işlər, Abdılda Surançiev daxili işlər, Almambet Şukmamatov
ədliyyə, Kamila Talieva mədəniyyət, turizm və informasiya, Dinara
Saqinbaeva səhiyyə, Kanatbek Sadıkov təhsil və elm, Aliyasbek
Alımkulov gənclər, əmək və məşğulluq, Taalaybek Aydaraliev kənd
təsərrüfatı və meliorasiya, Kudayberqen Bazarbaev sosial inkişaf,
Kubatbek Boronov fövqəladə hallar, Abibulla Kudayberdiev müdafiə
nazirləri vəzifəsini tutublar.
Hökumətin formalaşdırılması prosesi davam edir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR