Twitter Türkiyədə ofisinin açılmasına dair danışıqlar aparır
Bizi izləyin

Dünya

Twitter Türkiyədə ofisinin açılmasına dair danışıqlar aparır

Twitter rəhbərliyi Türkiyədə öz ofisinin açılması ilə bağlı ölkə rəsmiləri ilə danışıqlar aparır. Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan bildirib.

Twitter rəhbərliyi Türkiyədə öz ofisinin açılması ilə bağlı ölkə rəsmiləri ilə danışıqlar aparır. Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan bildirib.

Nazirin sözlərinə görə, Twitter nümayəndələri bu ay Türkiyəyə gələcəklər.

"Onlar Türkiyənin informasiya və kommunikasiya texnologiyaları üzrə dövlət orqanı nümayəndələri ilə birlikdə ölkədə ofisinin açılması perspektivlərini müzakirə edəcəklər", - Əlvan deyib.

Türkiyədə martın 1-də Twitter mikrobloqlar şəbəkəsinə giriş bağlanılıb.

Şəbəkəyə giriş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu barədə bəyanatla çıxışından sonra bağlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm