Gülənin Turqut Özala yazdığı ŞOK MƏKTUB: “Tezliklə öləcəksən...” - VİDEO
Bizi izləyin

Dünya

Gülənin Turqut Özala yazdığı ŞOK MƏKTUB: “Tezliklə öləcəksən...” - VİDEO

Tanınmış “köşə yazarı” olan “Star” qəzetinin jurnalisti Nuh Albayrak Türkiyənin 8-ci prezidenti Turqut Özalla bağlı şok iddia irəli sürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, tanınmış jurnalist Turqut Özalın Fətullah Gülənə yaxından dəstək verdiyi və onun dini düşüncələrinin açıq tərəfdarı olduğunu bəyan edib.

Nuh Albayrak Fətullah Gülənin başında dayandığı “paralel dövləti”nin Turqut Özalı da istismar etdiyini qeyd edib: “1986-cı ildə Fətullah Gülən Burdurda polislər tərəfindən saxlanılır. Həmin vaxtı baş nazir olan Turqut Özal bu xəbəri eşidən kimi Nazirlər Kabinetini toplayaraq, Fətullah Gülənin həbsi məsələsini öz nəzarətinə götürür. Bundan sonra Fətullah Gülən sərbəst buraxılır. Sonralar Fətullah Gülən Turqut Özalın bu yaxşılığını tez-tez xatırladaraq, unutmayacağını bildirirdi. Yəni, Turqut Özal Fətullah Gülənə o qədər məftun imiş ki, əgər bu gün yaşasaydı, o da “fətullahçı” elan ediləcəkdi”.

Ancaq “Paralel dövlət”-in öndə gedən şəxslərdindən biri olmuş Faruk Mərcan isə bildirib ki, Fətullah Gülən az vaxtdan sonra Turqut Özala qarşı düşmən mövqedə dayanıb.

O, Fətullah Gülənin 1991-ci ildə yazdığı məktubunda Turqut Özalı aşağılayan və ona qarğış yağdıran fikirlər söylədiyini bildirib: “Məktubda Fətullah Gülənin Turqut Özala “tezliklə sən öləcəksən və Türkiyədə yeni bir dövr başlayacaq. Bu dövrdə sən meyit olaraq qalacaqsan. Düşünəcəksən ki, kaş mən də torpağa qarışaydım”.

F.Mərcan Fətullah Gülənin az vaxt ərzində Turqut Özala qarşı kəskin dəyişməsinin səbini də açıqlayıb: “Həmin dövrdə Məsud Yılmaz Türkiyənin yeni baş naziri seçilərək, Fətullah Gülənin mühafizəkar və dindar kimi tanınan bir çox tərəfdarını hökumətdən kənarlaşdırır. Fətullah Gülənə isə Turqut Özalın prezident olaraq həmin kadrların kənarlaşdırılmasına qarşı çıxmasını istəyirdi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm