• USD 1,7001 0,00% EUR 2,1335 0,00%
    • GBP 2,4037 0,00% RUB 0,0302 0,00%

Ərdoğanı yox etmək, Türkiyəni 5 hissəyə bölmək... – ABŞ-ın DƏHŞƏTLİ PLANI

  • Dünya
  • 19 Avqust 2016 12:38
  • 1 613 Baxış
Ərdoğanı yox etmək, Türkiyəni 5 hissəyə bölmək... – ABŞ-ın DƏHŞƏTLİ PLANI

“Türkiyə tarixinin ən ciddi təhdidləri ilə üzləşir. Ölkəmiz daxildən və xaricdən hücum altındadır. Bunu gizləməyin artıq bir mənası da qalmayıb”.

Publika.az xəbər verir ki, bunu “Yeni Şafak” nəşrində yazar İbrahim Karagül bildirib.

“Türkiyə Cümhuriyyəti yaranmasından bu yana ilk dəfə birbaşa olaraq vətəndaş müharibəsi və işğalla təhdid edilir. Təhdid açıq şəkildə və heç bir tərəddüdə yer qoymadan Türkiyənin müttəfiqlərindən gəlir. Təhdidin mərkəzi Vaşinqton və Brüsseldir. 15 iyul vətəndaş müharibəsi və işğal hücumu idi. Təhdid Yaxın Şərq xəritəsini yenidən çəkməyə çalışanlardan, I Dünya Müharibəsindən sonra regional status-kvonu təyin edən güclərin Yaxın Şərqi yenidən dizayn etmə planından qaynaqlanır”, - yazar qeyd edib.

Onun sözlərinə görə, təhdid həm də İraqı işğal edərək parçalayanlardan, Suriya böhranını yaradanlardan, məzhəb döyüşü planlaşdıranlardan, Türkiyə ilə İranı üz-üzə qoymaq üçün ssenari hazırlayanlardan və yaxın coğrafiyadakı bütün ölkələri parçalayıb yeni dövlətçiklər yaratmaq istəyənlərdən qaynaqlanır: “15 iyul Türkiyəni işğal planı idi. Bizləri Anadoluya həbs etmək, ardınca da beş hissəyə bölmək layihəsi idi. Gülən və terrorçuları vasitəsilə ölkə içəridən işğal ediləcək və ABŞ-a təslim olunacaqdı. Ardınca etnik və məzhəb döyüşlərinin baş verdiyi suriyalaşma planı tətbiq olunacaqdı”.

15 iyul işğal cəhdinin aradan qaldırıldığını deyən İbrahim Karagül dərhal “B planı”nın işə salındığını qeyd edib: “Bu, terror fırtınası və vətəndaş müharibəsi planıdır. Gülənin terror təşkilatı ilə PKK birgə hücumlara başladı. İndi təhlükəsizlik güclərinin binaları hədəf seçilib. Daha sonra başqa hədəflərə yönələcəklər. Siyasətçilərə, mediaya, məscidlərə yönələcəklər. Son olaraq da 15 iyul işğal planını dəf edən milləti cəzalandıracaqlar. Türkiyəni nəfəs ala bilməyəcək hala gətirəcəklər. Planları budur. ABŞ Türkiyəni mühasirəyə alır, məhv etməyə çalışır. Suriyanın Şimalında “PKK dövləti”nin qurulması planını sürətləndirdilər. Münbiçi alaraq PYD-yə verdilər. İŞİD dünən Cerablusu boşaltmağa başlayıb. Buranı da PYD-ə verəcəklər. Suriyanın şimalındakı xəritənin tamamlanmasına yalnız qırx kilometr qaldı. Bu plan Türkiyənin mühasirəyə alınması planıdır. Bu plan müvəffəqiyyətli olduğu anda bizi içəridən boğmağa başlayacaqlar. Nəyin bahasına olursa olsun, bu planı boşa çıxarmaq məcburiyyətindəyik. Gecikmək ölümdür, nəticələri ölümcül olacaq, sonra bunun geri dönüşü olmayacaq. Diqqət edin, Qafqazdan Aralıq dənizinə kimi bütün sərhədlərdən mühasirəyə alınırıq. Bu plan, İraqın işğalından daha böyük bir plandır. Türkiyənin islam dünyası ilə bütün bağlarını kəsmək planıdır. İçəridə Gülənin terrorçularından, PKK-dan istifadə edənlər, sərhədin digər tərəfində PYD və İŞİD-dən istifadə edirlər. Dörd təşkilat üzərindən Türkiyəni məhv etməyə çalışırlar”.

Onun sözlərinə görə, Türkiyə PYD-nin belini qırılması üçün nə lazımdırsa etməlidir: “Türkiyənin cənubi-şərq mahallarında aparılan əməliyyatın eynisi Suriyanın şimalında həyata keçirilməlidir. Bunu edə bilməsəniz, döyüş Türkiyənin içinə, Sivasa qədər gələcək. Türkiyə, Rusiya və İran arasındakı son dialoq bu cür əməliyyatlar üçün imkan yarada bilər. Suriya ordusu dünən Qamışlı və Hasekedə PYD-yə qarşı hücuma başladı. Bu, sözügedən əməliyyatlar üçün qapını aça bilər. Suriyanın ərazi bütövlüyü yalnız bu cür əməliyyatlarla təmin edilə bilər. Əks halda, ABŞ-ın Aralıq dənizinə kimi çatdırmaq istədiyi dəhliz həm Suriyanı, həm də Türkiyəni böləcək. 15 iyul hücumu ABŞ tərəfindən planlanıb və tətbiq olunub. Vaşinqton Türkiyədə birbaşa çevriliş planlayıb, bu məqsədlə Gülən və terrorçularından istifadə edib. ABŞ eyni zamanda Suriyada PYD və İŞİD-in əli ilə Türkiyəni vurmaqda və mühasirəyə almaqdadır. Bu plan ABŞ və Avropa tərəfindən birgə həyata keçirilir. Hər iki tərəf də bütün vasitələrlə -kəşfiyyat, diplomatiya və media ilə bu işin içindədir. Ərdoğanı yox etmək və Türkiyəni dağıtmaq I Dünya Müharibəsindən sonra ən böyük hücumdur”.

Yazar bildirir ki, xüsusilə son 20 ildə ABŞ-ın bölgədə tətbiq etdiyi bütün planlar və həyata keçirdiyi siyasətlə Türkiyəni hədəf alıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>