Sakit okeanda Sunami təhlükəsi elan edilib
Bizi izləyin

Dünya

Sakit okeanda Sunami təhlükəsi elan edilib

Sakit okeanda baş verən zəlzələdən sonra Solomon adaları və qonşu ada-dövlətləri sahillərində Sunami təhlükəsi elan edilib. Bu barədə Sakit okean Sunamidən xəbətdarlıq mərkəzi məlumat verib.

Sakit okeanda baş verən zəlzələdən sonra Solomon adaları və qonşu ada-dövlətləri sahillərində Sunami təhlükəsi elan edilib. Bu barədə Sakit okean Sunamidən xəbətdarlıq mərkəzi məlumat verib.

Məlumata görə dağıdıcı Sunami gözlənilmir, amma, kiçik dalğalar Solomon adaları, Vanuata, Papua-Yeni Qvineya və digər dövlətlərə çatacaq.

Xatırladaq ki, adı çəkilən ərazidə bu gecə 8,3 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar yerli vaxtla 07:14 də, Kirakira şəhərindən 108 kilometr cənub-şərqdə qeydə alınıb. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm