Ukraynanın Slavyansk şəhərində antiterror əməliyyatı başladı
Bizi izləyin

Dünya

Ukraynanın Slavyansk şəhərində antiterror əməliyyatı başladı

Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukraynanın şərqində rusiyameyllilərin nəzarətinə keçən Slavyansk şəhərində antiterror əməliyyatının başladığını elan edib. Nazir bu barədə Facebook-da yazıb.

“Slavyanskda antiterror əməliyyatı başladı. Əməliyyata Təhlükəsizlik Xidməti İdarəsinin antiterror mərkəzi rəhbərlik edir. Ölkənin bütün güc strukturlarından qüvvələr cəlb edilib”, - Arsen Avakov yazıb.

Donetsk vilayətinin Slavyansk şəhərində milis şöbəsi rusiyameyllilər tərəfindən ələ keçirilib, mobil rabitə qüllələri məhv edilib, Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası mühasirəyə alınıb. /Musavat/

Ukrayna Daxili İşlər Nazirliyi bəyan edib ki, milis şöbəsinin ələ keçirilməsində məqsəd silah əldə etmək olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm