İraqda növbəti terror aktı: 10 ölü, 22 yaralı
Bizi izləyin

Dünya

İraqda növbəti terror aktı: 10 ölü, 22 yaralı

İraqın paytaxtı Bağdadda növbəti partlayış törədilib. Avtomobilin partlayışı nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

İraqın paytaxtı Bağdadda növbəti partlayış törədilib. Avtomobilin partlayışı nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Partlayış şiələrin məskunlaşdığı Sədr-siti rayonunda baş verib. Partlayışın təsirindən yaxınlıqdakı evlərə, iş yerlərinə və avtomobillərə ciddi ziyan dəyib.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayış İraqda 2011-ci ildə Amerika qoşunları ölkəni tərk etdikdən bəri keçiriləcək ilk parlament seçkiləri ərəfəsində törədilib. Seçkilərdə parlamentdə 328 yer uğrunda 9000-dən çox namizəd mübarizə aparacaq. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm