Polşada mədəndə uçqun - 8 nəfər öldü
Bizi izləyin

Dünya

Polşada mədəndə uçqun - 8 nəfər öldü

İnsident zamanı 16 fəhlə şaxtada qapalı vəziyyətdə qalıb.

Polşanın Polkovitse şəhərində kömür mədənində baş verən uçqun nəticəsində 8 nəfər ölüb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə mədənin direktoru Pavel Markovski bildirib.

Onun sözlərinə görə, insident zamanı 16 fəhlə şaxtada qapalı vəziyyətdə qalıb. Onlardan 8-nin həyatını xilas etmək mümkün olub.

Polkovitse şəhərində 4 günlük matəm elan edilib. Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm