Tailandın yeni kralını uzanaraq salamladılar
Bizi izləyin

Dünya

Tailandın yeni kralını uzanaraq salamladılar

Tailandın yeni kralı Maha Vaçiralonqkorn vəzifəsinin icrasına başlayıb.

Tailandın yeni kralı Maha Vaçiralonqkorn vəzifəsinin icrasına başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi mərasimdə yeni krala hörmət və sədaqətini göstərmək istəyən məmurlar bunu kralın qarşısında yerə uzanaraq göstəriblər.

Tailandda 70 il taxtda olan 88 yaşlı Pxumipon Adulyadet cari il oktyabrın 13-də dünyasını dəyişib. 63 yaşlı Tailand şahzadəsi Maha Vaçiralonqkorn kralın tək varisi idi. Sarayın rəsmi məlumatına əsasən, taxta onun keçəcəyi barədə qərar hələ 28 dekabr 1972-ci ildə imzalanıb.

Pxumipon Adulyadetin ölümündən sonra isə varislə bağlı daha çox xatırlanan hadisə iyul ayında onun Almaniyaya səfəri idi. Taxt-tacın varisi təyyarədən ona yaraşmayan formada düşmüşdü.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm