Putin Odessada ölənlərin ailəsinə başsağlığı verdi
Bizi izləyin

Dünya

Putin Odessada ölənlərin ailəsinə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Odessa vilayətində ölənlərin ailəsinə başsağlığı verir. Bu barədə jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Odessa vilayətində ölənlərin ailəsinə başsağlığı verir. Bu barədə jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, təəssüf ki, beynəlxalq təcrübəyə əsasən rəsmi Kiyevə başsağlığı vermək mümkün deyil. Çünki hazırda Ukrayna hökuməti mövcud deyil.

“Lakin Vladimir Putin Odessada silahlı toqquşmalar və həmkarlar ittifaqının ofisində baş vermiş yanğın zamanı ölənlərin yaxınlarına başsağlığı verir”, deyə D.Peskob bildirib. O, bildirib ki, Odessada baş verən faciədən sonra Ukraynanın cənub şərqində yaşayan insanları tərksilah etmək mümkün olmayacaq. Çünki onların həyatı təhlükə altındadır.

“Putinə Ukraynadakı vəziyyət barədə kəşfiyyat mütəmadi hesabat verir. Eyni zamanda digər dövlət strukturlarından məlumatlar daxil olur. Putin baş verənləri mediadan da izləyir. Kremldə bir neçə qaynar xətt telefonları yaradılıb və Ukraynanın şərqindən bu telefonlara on minlərlə zəng gəlir. İnsanların çoxusu çarəsizlik içindədir və kömək üçün yalvarır”, D.Peskov deyib.

Dmitri Peskovun sözlərinə görə Ukraynanın cənub şərqində baş verənlərə görə məsuliyyəti “Kiyev xuntası” və onların Qərbdəki sponsorları daşıyır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm