“Kremlin seksual dosyesi” impiçment gətirəcək? – QALMAQAL
Bizi izləyin

Dünya

“Kremlin seksual dosyesi” impiçment gətirəcək? – QALMAQAL

Rusiya xüsusi xidmət orqanları xüsusən, Trampın fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər.

ABŞ KİV-inin yazdığına görə, Rusiya agentləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı etibardan salan informasiyalara malikdirlər.

Publika.az xəbər verir ki, “Buzfid” nəşri bir neçə gün əvvəl Rusiya xüsusi xidmət orqanlarının Trampa qarşı təxribat hazırlaması haqqında 35 səhifəlik hesabat dərc edib.

Hesabatın müəllifi qəzetə açıqlamasında bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarından biri ona Federal Təhlükəsizlik Xidmətinin Trampı izləməsi haqqında məlumat verib. Müəllif bu barədə məlumatı 2013-cü ildə əldə etdiyini söyləyib. Rusiya xüsusi xidmət orqanları xüsusən, Trampın fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər.

KİV-in istinad etdiyi sənəddə Trampın Rusiyaya Trampın səfərləri zamanı elit fahişələrlə “eyş-işrətlər” təsvir edilir, həmçinin milyarderin Rusiya kuratorları ilə əməkdaşlığı təsvir edilir. Sənədə görə, Tramp onun siyasi rəqibləri haqqında Rusiya kəşfiyyatının informasiyalarına əvəz olaraq xaricdə yaşayan və Putinin şəxsən maraqlandığı Rusiya oliqarxları və onların ailələrinin həyatı haqqında məlumatları verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən iddiaları “kriminal əsər”, “tam cəfəngiyat” və “bulvar əsəri” adlandırıb. Trampın özü isə “Facebook xəbərləri” və “cadugər ovu” ifadələri ilə cavab verib. Lakin KİV mövzudan əl çəkmir.

Rusiyanın Gazeta.ru saytı hesab edir ki, hesabat şübhəli görünsə də, amma Trampı Amerika cəmiyyətinin gözündə etibardan salmaq arzusu açıq şəkildə görünür. Sayt bildirir ki, inauqurasiyasına bir neçə gün qalan ABŞ-ın 45-ci prezidentinin ətrafında casus xəfiyyəsi fırlanır.

Kremlə yaxınlığı ilə tanınan Rusiya politoloqu Sergey Markov bildirir ki, “Washington Post” dinc hakimiyyət çevrilişi formatını – Trampın devrilməsini açıq müzakirə edir: “Bu, ABŞ-da siyasi qarşıdurmanın hələ çox sərt olacağını göstərir. ABŞ mümkün inqilabın kandarındadır. Rusiya indi Trampı maksimun dəstəkləməlidir. Trampı açıq dəstəkləmək lazımdır. Rusiyanın xüsusi xidmət orqanları Trampa mümkün dövlət çevrilişinin qarşısını almağa kömək etməlidir”.

Sergey Markov “Washington Post”a istinad edərək qeyd edir ki, Trampın mümkün impiçmenti haqqında söhbət getmir və bu, çox mürəkkəb prosesdir. Söhbət ABŞ konstitusiyasına 25-ci düzəlişin tətbiqetmə imkanından gedir. Bu düzəliş vəzifələrinin icrasının qeyri-mümkünlüyünə görə prezidentin səlahiyyətlərinin vitse-prezidentə ötürülməsini tutur.

“Kremlin seksual dosyesi”ndən heç nə çıxmasa, Tramp əlbəttə ki, heç yerə getməyəcək. Tramp ona qarşı açılan informasiya kampaniyasını tamamilə öz xeyrinə dəyişdirə bilər. “Rusiyanın oğlanı” olan Trampın siyasi səhnədən gedişi ölkəmiz üçün ciddi məsələdir. Bu halda, yeni sanksiyalar üzrə təhlükələr görünür”, - deyə rusiyalı politoloq vurğulayıb.

ABŞ Senatına daxil edilən qanun layihəsində Rusiyanın energetika sektoruna sanksiyaların tətbiqi təklif edilir. Xüsusi halda, neft hasilatına investisiyaların qoyulmasına və Rusiyanın dövlət aktivlərinin alqı-satqısında iştirakına qadağalar qoyulacaq. Bildirilir ki, Trampın inauqurasiyasına qədər anti-Rusiya sənədləri daha çox yığılarsa, ABŞ-ın 45-ci prezidenti üçün Rusiya ilə sövdələşmək daha sadə olacaq: biz bunları ləğv edə, yaxud da qəbul etməyə bilərik, amma bunun əvəzində bizə nə verəcəksiniz?

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm