Çox qorxulu xəstəlik yayılır
Bizi izləyin

Dünya

Çox qorxulu xəstəlik yayılır

Çox qorxulu xəstəlik yayılır

Dünya Səhiyyə Təşkilatı Asiya, Afrika və Yaxın Şərq ölkələrində poliomielit - yəni, uşaq iflici xəstəliyinin yayılması barədə xəbərdarlıq edib.

Təşkilat rəhbərliyi vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyəti önləyici tədbirlər görməyə çağırıb. Təşkilatın direktoru müavini Brus Eyluord İsveçrənin paytaxtı Cenevrədə mətbuat konfransında çıxışı zamanı hazırda Pakistan, Suriya, Əfqanıstan və Kameronda təhlükənin daha ciddi olduğunu bildirib.


"Baş direktor bu gün virusun bütün dünyaya yayıldığını elan etdi. Bu fakt, beynəlxalq ictimaiyyət arasında böyük narahatlıq doğurur. İnsanların sağlamlığı böyük risk altındadır. Xəstəliyin qarşısını almaq üçün dövlətlərin bu sahədə birgə əməkdaşlıq etməsi vacib əhəmiyyət kəsb edir".


Uşaqlarda onurğa-beyinin iflicinə səbəb olan poliomielit virusu ərzaq və su vasitəsi ilə yoluxur. Dünya Səhiyyə Təşkilatı virusun qarşısını almaq məqsidlə vaksinlərin hazırlanmasını məsləhət görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm