Britaniya məhkəməsi baş nazirə qadağa qoydu
Bizi izləyin

Dünya

Britaniya məhkəməsi baş nazirə qadağa qoydu

Böyük Britaniyanın Ali Məhkəməsi krallığın baş naziri Tereza Meyi “Brexit” prosesinə müstəqil başlamaq hüququndan məhrum edib.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi bildirib.

Məhkəmə bununla da baş naziri “Brexit” üzrə danışıqlara başlamadan əvvəl ölkə parlamentinin razılığını almağa məcbur edib. Qərara görə, Meyin Şotlandiya, Uels və Şimali İrlandiyanın qanunverici orqanlarının razılığını almasına ehtiyac yoxdur.

Qeyd edək ki, baş nazir 2017-ci il martın sonunda Avropa İttifaqı ilə “Brexit” üzrə rəsmi danışıqlara başlamaq istədiyini açıqlayıb.

Krallığın Avropa İttifaqından çıxışı üzrə referendum 2016-cı il iyunun 23-də keçirilib. Britaniya əhalisinin təxminən 52 faizi “Brexit”ə səs verib. Bundan sonra baş nazir Devid Kameron istefa verib və onun yerini Tereza Mey tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm