Özbəkistanda qətliam kimi qəza - 18 ÖLÜ
Bizi izləyin

Dünya

Özbəkistanda qətliam kimi qəza - 18 ÖLÜ

Özbəkistanda ağır yol qəzası nəticəsində 18 nəfər ölüb.

Hadisə mayın 2-də baş verib.

Yüksək sürətlə hərəkət edən “Qazel” markalı mikroavtobus “Daewoo Matiz” və “Daewoo Tiko” markalı minik avtomibilləri ilə toqquşub. Yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, maşınların toqquşması nəticəsində benzin çənləri və qaz balonları partlayıb. Ölənlərin əksəriyyəti mikroavtobusun sərnişinləri olub.

Faktla bağlı cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm