Dünya
Tramp Bakı görüşündən məmnundur
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Rusiya XİN rəhbəri Sergey Lavrovla Almaniyadakı və ABŞ silahlı qüvvələri Baş Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cosef Danfordun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Azərbaycandakı görüşü çox məhsuldar olub.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Şon Spayser bildirib.
Bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyi isə yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi