Biz mütləq Şuşaya qayıtmalıyıq! Şuşa bizi gözləyir!!!
Bizi izləyin

Dünya

Biz mütləq Şuşaya qayıtmalıyıq! Şuşa bizi gözləyir!!!

Biz mütləq Şuşaya qayıtmalıyıq! Şuşa bizi gözləyir!!!

Beynəlxalq münasibətlər sahəsində israilli siyasi eksperti, "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının (AZİZ) İdarə heyətinin üzvü Arye Qut Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 22 ildönümü ilə bağlı yazı qələmə alıb.

Publika.az həmin yazını təqdim edir:

Artıq 22 ildir ki, doğma Şuşamızı itirmişik. 22 ildir ki, Azərbaycanın bu qızıl incisi erməni işğalçıları və təcavüzkarlarının çirkli əllərindədir.

Həmişə mədəniyyət, incəsənət və maarifçilik korifeylərinin – Üzeyir Hacıbəyov və Bülbül, Natəvan və Vaqif, Xan Şuşinski və Bədəlbəyli, Qaryağdı və Niyazi, Haqverdiyev və Mehmandarov, Cavanşir və Haqverdibəyov və bir çox digər şəxslərin vətənlərində yaşamalarından daim qürrələnmiş azərbaycanlılar üçün onun xüsusi ölçüsü var.

Bu kiçik şəhər öz xalqının şərəfini yaradanlar üçün doğma torpaq idi. Onlar bu əlçatmaz qalada dünyaya gəldilər və təmiz dağ çayları kimi Azərbaycanın vadiləri və düzlərinə axaraq gözəllik qurub-yaradırdılar.


1748-ci ildə yarımmüstəqil Qarabağ xanlığı yarandı, 1750-ci ildə Pənah xan Pənahabad adlandırılmış qalanı inşa etdi. Sonradan bu qalanın ətrafında böyüyərək Şuşa şəhərinə çevrilmiş kənd tikildi. Azərbaycan musiqisinin bu paytaxtında 17 məscid var idi, 350 hektar ərazidə 23-ü dünya əhəmiyyətli abidə statusuna malik 300-ə yaxın tarix və mədəniyyət abidəsi var idi. Indi bütün bu abidələr erməni faşistləri və işğalçıları tərəfindən dağıdılıb, sökülüb-dağıdılmış yaşayış binalarının daşları və digər tikinti materialları daşınıb-aparılaraq Ermənistanda, İranda satılıb.


Qeyd edək ki, Qafqazda ilk teatr 1848-ci ildə məhz gözəl Şuşada yaradılıb, sonra isə teatr üçün bina inşa olunub. Düşünürəm ki, heç zaman gözəl Şuşanın büllur və təmiz havası, boğuq səhər sakitliyində yayılan addımların səsi və nəzərə çarpmadan başqa heç bir yerdə görünməyən parlaq ulduzların sayrışdığı qaranlıq gecəyə keçən təkrarolunmaz axşamların toranlığı heç zaman unudulmayacaq. Məşhur bulağın ətrafındakı ağacların zirvəsi isə az qala bu ulduzlara çatırdı...


22 il öncə biz Şuşanı itirdik. Biz onu hələ Azərbaycan xalqının Xocalı soyqırımından aldığı yaraların sağalmadığı vaxtda itirdik. O zaman heç kim öz xalqını qorumağa qadir ordu yaratmağa çalışmırdı. Silahlı qüvvələrin ərzində hakimiyyət uğrunda mübarizədə bir birinin boğazını çeynəməyə hazır olan siyasi qüvvələrin çoxsaylı dəstələri var idi.


İşğal illərində ermənilər bizin Şuşada qoyduğumuz mədəni-tarixi abidələrə amansızcasına divan tutdular. XIX əsrin görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın evi yandırılıb, şərq memarlığının incisi və Şuşanın rəmzi hesab olunan Gövhər ağa məscidi ləğv edilib. Əslən Şuşadan olan dahi Azərbaycan musiqiçilərinin ev muzeyləri dağıdılıb.

Xüsusi intensivliklə aparılan dağıdıcı fəaliyyət nəticəsində Şuşanın real tarixi və mədəni görkəmi yoxa çıxmaq astanasındadır. Erməni mətbuatındakı yazılara əsasən, Şuşa keçmiş Azərbaycan görkəmini artıq itirib. Doğma Şuşa indi tənhalıqda və təcrid olunmuş vəziyyətdə qalmamaq üçün bütün Azərbaycana çox gözəl şeylər hədiyyə edib. Bizim Vətənimiz Şuşadır, Şuşa bizim doğma torpağımızdır, elə bütün Qarabağ, bütün Azərbaycan kimi.


Bizim faciəmiz Xocalı və Laçındır, Ağdam və Xankəndidir,Zəngilan və Kəlbəcərdir. Bizim əzabımız işğal altında qalmış və erməni faşistlərdən böyük mənəvi zərbə almış Şuşadır. O, bizim üçün bir ana və bacıdır, biz onu müdafiə edə bilmədik, amma qaytarmağa borcluyuq.

Hər şeyi bağışlamaq və unutqanlıq insanlara xas cəhətlərdir. Bu cəhətlərdən biganəliyədək bir addım məsafə var. Daha bir addım isə satqınlığadəkdir. Biz çoxdan sevməyə öyrənmişik, indi isə nifrət etməyi bacarmaq lazımdır. Biz babalarımız və uşaqlarımızın uşaqlarını əlaqələndirən körpüyük. Şuşa, bütün Qarabağ, bütün Azərbaycan bu körpüdə yerləşir.


Bu gün Şuşa tənha, parça-parça edilmiş, təhqir olunmuş Şuşadır... Şübhəsiz o, Azərbaycanın gözəl “Bayatı-Şiraz” musiqisinin səsinin gəldiyi köhnə vaxtlar üçün darıxıb. Şəhərin əsl sakinləri Şuşa ilə vidalaşdıqdan sonra Azərbaycan musiqisinin bu beşiyi hər gecə təsvir olunmaz dərəcədə dəhşətli və parlaq yuxular görür.

Bu gün isə doğma Şuşa heç də özündə deyil. O, öz evində olsa da, onun öz parlaq və unudulmaz keçmişini yaddan çıxarması üçün ətrafdakı hər bir şeyi məhv etmiş özgələr arasındadır. O, itki və nostalgiyanın güclü və ötürülə bilməyən acısını hiss edir, o, ətrafda bircə doğma qəlbim olmadığını başa düşür. Onu bezdirmiş bu işğalçılar hər zaman Azərbaycan izlərini itirməyə, ona erməni görünüşü verməyə çalışırlar, Şuşaya “qədim erməni” çapıqları vururlar, qriqorian kilsələri tikirlər və şəhərin adını dəyişiblər.

Bu gün Şuşa ağlayır, ona görə ağlayır ki, bu qaniçən gəlmələr muzeyləri, incəsənət abidələrini, heykəlləri məhv ediblər, Azərbaycan qəbiristanlıqlarını təhqir edib və dağıdıblar, Şuşanın bir manqurt kimi Azərbaycan keçmişini unutması üçün onun Azərbaycan ruhunu məhv ediblər.

Lakin Şuşa heç zaman Azərbaycan irsini yaddan çıxarmayacaq, Azərbaycan xalqı isə bu böyük şəhəri – Şuşanı unutmayacaq. Mən bilirəm ki, indi Azərbaycan keçmişini xatırlayan Şuşa ağlayır. Biz heç zaman Şuşanın itirilməsi ilə barışmayacağıq. Biz mütləq Şuşaya qayıtmalıyıq! Şuşa bizi gözləyir və inanır ki, biz mütləq qayıdacaq və onu erməni işğalçıların qeyri-insani əsarətindən azad edəcəyik!!! Bu gün uzaqda deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm