Dünya
İŞİD-ə terrorçu göndərən Avropa ölkələrinin adları açıqlandı – ŞOK FAKTLAR
Belçikanın Daxili İşlər Nazirliyi (DİN) ölkəsində yaşayan əcnəbi terrorçuların sayını açıqlayıb.
Publika.az ölkənin “Derniere Heure” qəzetinə istinadən xəbər verir ki, Belçika DİN hazırda ölkədə 629 nəfər əcnəbi terrorçunun olduğunu bəyan edib.
Məlumatda deyilir ki, 629 terrorçudan 276-sı Suriyada gedən döyüşlərdə iştirak edib:
“Daha sonra isə həmin şəxslər Suriyadan Belçikaya sığınıblar. Onların arasında olan 82 terrorçu isə İŞİD sıralarında döyüşmək üçün Suriyaya getməyə çalışır. Ümumilikdə, bu terrorçulardan 149 nəfəri potensial kamikadzedir”.
Fransanın Terrorla Mübarizə üzrə Koordinasiya Şurasının (UCLAT) sədri Loic Garnier isə qeyd edib ki, İŞİD-ə qoşulmaq istəyən şəxslərin sayına görə, Belçika Avropa Birliyi ölkələri arasında birinci yerdə gedir:
“Avropada ən çox Belçikada gizlənən adamlar İŞİD-ə qoşulmağa çalışır. Çox təəssüf ki, növbəti yeri Fransa tutur”.
Vasif Həsənli
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü