Tramp üçün yolun sonu: Konqresə qiymətli məlumatlar verildi
Bizi izləyin

Dünya

Tramp üçün yolun sonu: Konqresə qiymətli məlumatlar verildi

Vaşinqtonda hazırda Trampın impiçmenti haqqıında artıq açıq şəkildə danışılır.

ABŞ Maliyyə Nazirliyi prezident Donald Trampla Rusiyanın mümkün işgüzar əlaqələri haqqında işi araşdırmağa kömək edəcək qiymətli məlumatları Konqresə verib.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən CNN telekanalı bildirib.

Sənədlər ABŞ Maliyyə Nazirliyinin xüsusi bölməsi olan maliyyə kəşfiyyatı xidmətindən (FİNCEN) Konqresin hər iki palatası – Senat və Nümayəndələr Palatasının kəşfiyyatı üzrə komitələrinə daxil olub. Bu idarə maliyyə axınlarının hərəkətinin monitorinqi və çirkli pulları yuyulması sxemləri ilə məşğul olur. FİNCEN bütün dünyada banklardan informasiya toplayır.

CNN telekanalına Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin üzvü demokrat Adam Şiff bildirib ki, maliyyə sənədləşməsi və sazişlərin öyrənilməsi araşdırma üçün son dərəcə əhəmiyyətlidir.

Qeyd edək ki, son həftələrdə demokrat konqresmenlər araşdırma üçün lazım olan maliyyə hesabatlarının verilməsi xahişi ilə FİNCEN-ə dəfələrlə sorğu göndəriblər. Daha əvvəl ABŞ Senat xəbərdalıq edib ki, idarə sorğunu təmin etmədiyi müddətdə FİNCEN-in rəhbərliyinə Trampın namizədi olan Siqal Maldakeri təyin etməyəcəklər.

Prezident seçkilərinə Rusiyanın təsirini araşdıran müstəqil istintaq komitəsinin rəhbərliyinə isə Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müller gətirilib. Təyinat həm respublikaçıları, həm də demokratları məmnun etdi. Ceyms Kominin istefaya göndərilməsindən sonra istintaqa xüsusi prokurorun təyinatı barədə Ağ Evə təzyiqlər var idi.

ABŞ prezidenti Donald Trampın seçki qərargahının Rusiya ilə ehtimal olunan əlaqələri yenidən gündəmin əsas mövzusuna çevrilir.

Dünən isə “Röyters” agentliyi öz mənbələrinə istinadən ABŞ prezidentinin seçki kampaniyasını aparan məsləhətçilərin ən az 18 dəfə rusiyalı səlahiyyətlilərlə görüşdüyünü bildirib. Danışıqların mərkəzində isə Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn də var. Agentlik Rusiya ilə təmasda olan amerikalı səlahiyyətlilərin bəziləri hazırda vəzifədə olduğunu yazıb.

Bütün bunların fonunda isə paytaxt Vaşinqtonda hazırda Trampın impiçmenti haqqıında artıq açıq şəkildə danışılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm