Göyərtəsində 178 sərnişin olan bərə yandı: ölənlər və itkin düşənlər var
Bizi izləyin

Dünya

Göyərtəsində 178 sərnişin olan bərə yandı: ölənlər və itkin düşənlər var

İtkin düşənlərin axtarışına başlanılıb.

İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb.

Publika.az xəbər verir ki, hadisə zamanı 3 nəfər ölüb, 84 sərnişinin taleyi isə naməlumdur. Ölkənin xilasetmə xidməti 91 nəfərin xilas edildiyini bildirib.

Bərə Yava adasından Borneo adasına doğru hərəkət edirmiş. Yanğın başlayanda ekipaj üzvləri alovu söndürməyə çalışıb. Lakin onlar buna nail ola bilməyiblər. Belə olduqda kapitan heyət üzvlərinə və sərnişinlərə bərəni tərk etmək və xilasetmə jiletlərini geymək göstərişini verib.

İtkin düşənlərin axtarışına başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm