Etiraz aksiyalarını dağıtmağa qonşu ölkənin tankları gələcək - Gizli razılaşma
Bizi izləyin

Dünya

Etiraz aksiyalarını dağıtmağa qonşu ölkənin tankları gələcək - Gizli razılaşma

Moldova Daxili İşlər Nazirliyi isə Ukraynada olduğu kimi buna ehtiyacın olacağını düşünür. Moldova mediasının yazdığına görə, nazirlik dövlət idarələri və həbsxanalardan “qırmızı xətt” qurmağı tələb edir. “Qırmızı xətt” polislərin fikrincə, dövlət idarələ

Moldova Daxili İşlər Nazirliyi icazə verilməyən etiraz aksiyaların qarşısını almaq üçün parlamentdən xüsusi səlahiyyətlər istəyir.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Amma Sosial-Demokrat Partiyasının lideri Viktor Şelin qəzetə bildirib ki, Daxili İşlər Nazirliyinin belə bir səlahiyyətə ehtiyacı yoxdur. Partiya sədri bildirıb ki, Moldova hökuməti ilə Rumıniya arasında razılaşma imzalanıb. Razılaşma ehtiyac olduğu halda rumın jandarm qüvvələrinin Moldova ərazisinə daxil olmasını nəzərdə tutur. Moldova parlamentinin deputatı Qriqori Petrenko da bu informasiyanı təsdiq edib.

“Nezavisimaya qazeta”ya danışan başqa bir mənbə qeyd edir ki, ehtiyac yarandığı halda Moldova ərazisinə rumın tankları azad şəklidə daxil ola biləcəklər. Moldova Daxili İşlər Nazirliyi isə Ukraynada olduğu kimi buna ehtiyacın olacağını düşünür. Moldova mediasının yazdığına görə, nazirlik dövlət idarələri və həbsxanalardan “qırmızı xətt” qurmağı tələb edir. “Qırmızı xətt” polislərin fikrincə, dövlət idarələrinin ən azı 5-10 metrliyindən keçməlidir.

Daxili İşlər Nazirliyi həmçinin kütləvi nümayişlər haqqında qanuna düzəlişi təklif edir. Qanuna düzəliş nümayiş iştirakçılarının həyatına təhlükə olacağı və yaxud aksiya iştirakçılarının qanunu pozmağa hazırlaşdığı barədə şübhələrin yaranacağı halda polisə aksiyanı dağıtmağa imkan verəcək.

V.Şelinin sözlərinə görə, Rumınıyanın jandarm qüvvələrinin nümayişlərə müdaxiləsi Moldova tərəfinin müraciəti əsasında ola bilər. Daxili İşlər Nazirliyinin qanunverici təşəbbüsünə gəlincə, partiya lideri qeyd edib ki, bu qarşıda gələn seçkilərlə bağlıdır. “Son sorğulara görə, hökumətdə olan partiyalarının reytinqləri azalıb. Hakimiyyətin itirdiyi elektorat sollara səs verə bilər. Daxili İşlər Nazirliyi də narazılara qarşı çıxış etməyə hazırlaşır. Üstünlük kommunistlər və digər sol partiyalardadır”,- Moldova Sosial-Demokrat Partiyasının lideri deyib.

Moldovalı politoloq Boqdan Sırdya Moldova və Rumınıya arasında belə bir razılaşmanın olduğunu istisna etmir. Amma o, Daxili İşlər Nazirliyinə əlavə səlahiyyətlərin lazım olmadığını düşünür.

“Bizim polislərimiz üçün məhdudiyyətlər demək olar ki, yoxdur. Onlar hətta odlu silahdan istifadə edirlər. Avropa İttifaqı belə bir qanun layihəsini dəstəkləməyəcək, xüsusilə Ukraynadakı hadisələr fonunda. Sirr deyil ki, Daxili İşlər Nazirliyi liberal-demokratlar tərəfindən idarə olunur. Deməli, əsas məqsəd seçkilər ərəfəsində Liberal-Demokrat Partiyasını möhkəmləndirməkdir. Amma kommunistlərin reytinqi hazırda 50 faizdir. Nəzərə alsaq ki, Rusiyadakı moldovalı əmək miqrantları da evlərinə qayıtmağa başlayıb, Kommunist Partiyasının elektoratı daha da genişlənəcək. Bunu hakim partiyalar yaxşı anlayır. Ehtimal ki, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin genişlənilməsinə ehtiyac da məhz buna görə yaranıb”,- moldovalı eksperti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm