Dnestryanı müstəqilliyini elan etdi
Bizi izləyin

Dünya

Dnestryanı müstəqilliyini elan etdi

Bu gün qondarma Dnestryanı bölgənin qanunverici orqanı olduqca təhlükəli addım ataraq, müstəqilliyinin tanınmasını istəyib.

Bu gün qondarma Dnestryanı bölgənin qanunverici orqanı olduqca təhlükəli addım ataraq, müstəqilliyinin tanınmasını istəyib.

Separatçı qurum bu yöndə Rusiya Prezidenti Vladimir Putinə, Dövlət Dumasına, həmçinin ATƏT və Birləşmiş Millətlər Təşkilatına müraciət edərək, kömək istəyib.

Qondarma qurumun belə müraciətlə çıxış etməsinə səbəb Avropa Komissarı Joze Manuel Barozzo ilə Moldovanın Baş naziri Yuri Lyankenin birgə keçirdiyi mətbuat konfransı olub. Məlumdur ki, dünənki görüşdə tərəflər arasında assosiyasiya sənədinin imzalanması, Moldova və Avropa Birliyinin üzərinə düşəcək vəzifələr və tərəflərin gələcəkdə atacağı addımlar müzakirə olunub. Barosso bildirmişdi ki, bu, rəsmi Kişinyovun müstəqil seçimidir. Əgər ölkə özünü Avropada görmək istəyirsə, yaxın gələcəkdə Moldovanın quruma üzv olması gözləniləndir. Bu bəyanatlar bir gün sonra qondarma qurumu bu cür müraciətlə çıxış etməsinə sövq edib.

Xatırladaq ki, hələ martın 18-də separatçı qurumun Ali Şurasının sədri Mixail Burla Rusiya Dövlət Dumasının sədri Serqey Narışkinə müraciət yollayaraq, təmsil etdiyi qurumun Rusiyaya birləşdirilməsini istəmişdi. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm