Türkiyədə təyyarəni ildırım vurdu, yaralılar var
Bizi izləyin

Dünya

Türkiyədə təyyarəni ildırım vurdu, yaralılar var

Türk Hava Yollarının (THY) Atatürk Hava Limanından qalxan sərnişin təyyarəsini ildırım vurub.

Publika.az xəbər verir ki, göyərtəsində 101 sərnişin olan Türk Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsini ildırım vurub.

Pilot vəziyyət ilə bağlı dispetçerlə əlaqə yaradıb, təcili enişə icazə istəyib. Problemsiz eniş edən təyyarənin sərnişləri təşvişlə enərkən sıxlıq yaranıb, bu səbəbdən insanlar bir-birini əzib.

Aviaşirkət bir başqa sərnişin təyyarəsi ilə Tatarıstana olan uçuşu gerçəkləşdirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm